Haqqımızda

Haqqımızda

   

                                            “Scallezioni” haqqında

 

 

“Scallezioni” geyim brendi 10 ildən artıqdır ki, Azərbaycan və yaxın qonşu ölkələr olan Rusiya, Gürcüstan, İran və Türkiyədə öz alıcılarını sevindirir. Scallezioni geyim modellərinin istehsalı dünyanın müxtəlif ölkələrinin aparıcı geyim və tekstil fabriklərində həyata keçirilir. Professional dizaynerlər komandası modellərin ipliyinin seçilməsindən başlayaraq hər bir detala (düyməsinə, astarına, dərisinə, tikilişinə və lekallarına) xüsusi diqqət yetirir. “Scallezioni” geyim brendi həm klassik, həm də kejıl geyim tərzini sevən alıcılarının tələblərinə cavab verir. Brend öz səviyyəsini modellərin yüksək keyfiyyəti, qüsursuz müştəri xidməti, daim yenilənən kolleksiyası və münasib qiymət prinsipləri sayəsində qoruyub saxlayır. Dizaynerlər qrupumuz gələcək kolleksiyanın üzərində çalışarkən dünya trendləri ilə bərabər bizim üçün hər zaman qiymətli olan alıcılarımızın da istək və tələblərini nəzərə alırlar. Zəngin kolleksiyamız həm dünya fashion tələblərinə, həm də sadə alıcı kütləsinin tələblərinə cavab verir. Təsadüfi deyil ki, “Scallezioni” brendi bir çox sənət adamlarının və dünyaca məşhur idman ustalarının seçimidir. Yaxın gələcəkdə qonşu ölkələrdə və ABŞ-da yeni “Scallezioni” butiklərinin açılışı, Paris, Nyu York, Milan fashion sərgilərində nümayiş olunması brendimiz üçün prioritet məsələdir. “Scallezioni” brendi keçmiş və gələcəyin, milli və Avropa geyim tərzinin sintezi nəticəsində yaratdığı kolleksiyası sayəsində daim seçilir. Hər kolleksiyasında Azərbaycan milli ornament və ruhunu əks etdirən “Scallezioni” brendi fashion dünyasında öz dəsti xətti ilə yeni bir səhifə açır.
Bakıda iki filial fəaliyyət göstərir.

Ünvanlar:
FİLİAL 1 — Azadlıq pr.92 (Nəsimi bazarının yanı)
(012) 449-92-81, wap (055) 300-11-07, (050) 312-22-00

FİLİAL 2 — Azərbaycan pr.38 (Şahmat məktəbinin yanı)
(012) 594-80-27, wap (055) 300-11-03, (050) 615-75-75